Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Maarif // Marifkişi
kişi adı, sadə, Marifə qadın adı, düzəltmə, ərəb mənşəli, «maarif» – bilik, təhsil, savad, elm deməkdir.
Maçanov (a)kişi
familiya, Etnonim mənşəlidir.
Mafiyəqadın
qadın adı, sadə, ərəb mənşəli, ma (su) + fiyət (qtymət) sözlərindən düzəlib. «Qiymətli, dəyərli su» deməkdir.
Mafizəqadın
qadın adı, sadə, Mafizət kişi adı, düzəltmə, ərəb mənşəli, «məhfəzə» sözündən olub qutu, xəzinə, mücrü, sandıqça deməkdir.
Mafraqadın
qadın adı, sadə, ərəb mənşəli, «mafiha» sözündən olub «onda olan bütün şeylər»; məcazi mənada «hərtərəfli gözəl» deməkdir.
Mahalkişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «mahal» – vilayət deməkdir.
Mahalov (a)kişi
familiya, Mahal şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Mahamakişi
kişi adı Məhəmməd adının təhrif olmuş formasıdır.
Mahcamalqadın
qadın adı, mürəkkəb, fars mənşəli mah (ay) + ərəb mənşəli, cəmal (üz, surət, gözəllik) sözlərindən düzəlib. «Ay üzlü, Ay surətli gözəl qız (qadın)» deməkdir.
Mahirkişi
kişi adı, sadə, Mahirə qadın adı, düzəltmə, ərəb mənşəli, «mahir» – məharətli, bilikli, bacarıqlı deməkdir.
Mahirov (a)kişi
familiya, Mahir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Mahizər // Mahzarqadın
qadın adı, sadə, fars mənşəli «mahüzar» – ayüzlü, aya bənzər, ay kimi gözəl deməkdir.
Mahmudkişi
kişi adı, sadə, ərəb mənşəli, «məhmud» – təriflənmiş, tərifəlayiq deməkdir.
Mahmudbəyov (a)kişi
familiya, Mahmud şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Mahmudov (a)kişi
familiya, Mahmud şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Mahnazqadın
qadın adı, mürəkkəb, fars mənşəli mah (ay) + naz (işvə, qəmzə) sözlərindən düzəlib. «Ayın qəmzəsi, işvəsi, nazı» deməkdir.
Mahnigarqadın
qadın adı, mürəkkəb, fars mənşəli mah + nigar (surət, üz) sözlərindən düzəlib. «Aysurətli, ayüzlü» deməkdir.
Mahnurqadın
qadın adı, mürəkkəb, fars mənşəli mah + ərəb mənşəli, nur sözlərindən düzəlib. «Ayın nuru, işığı» deməkdir.
Mahpeykərqadın
qadın adı, mürəkkəb, fars mənşəli mah + peykər (surət, çöhrə, üz, əndam, bədən) sözlərindən düzəlib. «Ay çöhrəli, ay bədənli; gözəl» deməkdir.
Mahruxqadın
qadın adı, mürəkkəb, fars mənşəli mah + rux (ruxsar – üz) sözlərindən düzəlib. «Ayüzlü, aybədənli; gözəl» deməkdir.
Mahşərəfqadın
qadın adı, mürəkkəb, fars mənşəli mah + ərəb mənşəli, şərəf sözlərindən düzəlib. «Ayın yüksəkliyi, ayın dərəcəsi; ulu» deməkdir.
Mahtabqadın
qadın adı, mürəkkəb, fars mənşəli mah + tab (işıq, ziya) sözlərindən düzəlib. «Ayın işığı, ayın ziyası» deməkdir.
Mahtaban // Məhtəbanqadın
qadın adı, mürəkkəb, fars mənşəli mah + taban (işıqlı, parlaq, parıldayan) sözlərindən düzəlib. «Parlaq, işıqlı ay» deməkdir.
Mahtacqadın
qadın adı, mürəkkəb, fars mənşəli mah + tac sözlərindən düzəlib. «Ay tacı, ay haləsi, ayın parlaq işığı» deməkdir.
Mahtənqadın
qadın adı, mürəkkəb, fars mənşəli mah + tən (bədən, əndam) sözlərindən düzəlib. «Ay bədənli; ay kimi gözəl» deməkdir.
Mahurkişi
kişi adı, sadə, ərəb mənşəli, «mahur» – yarğan, dərin dərə deməkdir. Mahur – eyni zamanda, klassik azərbaycan mənşəli muğamlarından birinin adıdır. Antroponim kimi muğam adından götürülüb. Bü baxımdan «mahur» – ərəb mənşəli, azad su, axar su mənalarında da izah oluna bilərəb mənşəli,
Mail // Mayil // Mayılkişi
kişi adı, sadə, Mailə qadın adı, düzəltmə, ərəb mənşəli, «mail» – bir tərəfə əyilmiş, meyl etmiş; bir şeyə həvəs və qabiliyyəti olan, meyli olan, bənzər, oxşar, yaxın deməkdir.
Mailov (a) // Mayilov (a) // Mayılov (a)kişi
familiya, Mail // Mayil // Mayıl şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Mais // Mayiskişi
kişi adı, sadə, Maisə // Mayisə qadın adı, düzəltmə, latın mənşəli «mayis» – may ayı deməkdir. Əsasən ilin bu ayında doğulan uşaqlara verilir.
Maisov (a) // Mayisov (a)kişi
familiya, Mais // Mayis şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Makinski (skaya)kişi
familiya, Maku top. + ski (skaya) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Maksimkişi
kişi adı, sadə, yunanca «maksim» – böyük deməkdir. Şəxs adı kimi dilimizə rus dili vasitəsilə keçmişdir.
Malikkişi
kişi adı, sadə, ərəb mənşəli, «malik» – yiyə, sahib, sahibkar; dini mənada «cəhənnəmi qoruyan mələk» deməkdir.
Malikov (a)kişi
familiya, Malik şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Malıbəyli Həmidkişi
təxəllüs azərbaycan mənşəli xanəndəsi, tarzən Qurbanov Həmid İmamqulu oğluna aiddir. Anadan olduğu Malıbəyli kəndinin adından götürülüb.
Manaf // Mənafkişi
kişi adı, sadə. Əsli ərəb mənşəli, «mənaf» olub, Kəbədəki bütlərdən birinin qədim yəhudi mənşəli adındandır. Mənası «yüksək» deməkdir.
Manaflıkişi
familiya, Manaf şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Manafov (a)kişi
familiya, Manaf şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Manafzadəkişi
familiya, Manaf şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Mancanov (a)kişi
familiya, Etnonim mənşəlidir.
Manpasqadın
qadın adı, sadə. «Manpası» şirniyyat növünün adındandır.
Mansurkişi
kişi adı, sadə, Mansurə // Mənsurə qadın adı, düzəltmə, ərəb mənşəli, «mənsur» – qalib, qələbə çalmış, üstün gəlmiş, müzəffər deməkdir.
Mansurov (a)kişi
familiya, Mansur şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Maqomayev (a)kişi
familiya, Mahama şəxsi ad (Məhəmməd sözünün təhrif olunmuş forması) + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Maqsudkişi
kişi adı, sadə, ərəb mənşəli, «məqsud» – niyyət edilən, nəzərdə tutulan, arzu olunan, istənilən; məqsəd deməkdir.
Maqsudov (a)kişi
familiya, Maqsud şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Maralqadın
qadın adı, sadə, azərbaycan mənşəli «maral» – şaxəli buynuzu olan haçadırnaqlı heyvanın adıdır. Qızlara «gözəl, qəşəng» mənalarında verilir.
Marifov (a)kişi
familiya, Marif şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Maşallahkişi
kişi adı, sadə, ərəb mənşəli, «maşallah» – afərin!, allah gözdən saxlasın! deməkdir.
Ması // Məsikişi
kişi adı, sadə, qədim azərbaycan mənşəli «ması» – qiymətli deməkdir.
Masıyev (a) // Məsiyev (a)kişi
familiya, Ması // Məsi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Mayaqadın
qadın adı, sadə, qədim yunanca «mayya» – kiçik ilahə deməkdir. Əsasən may ayında doğulan qızlara verilən addır.
Maygülqadın
qadın adı, mürəkkəb, latın mənşəli may + fars mənşəli gül sözlərindən düzəlib. «May ayında bitən, açılan gül» deməkdir.
Maynisəqadın
qadın adı, mürəkkəb, latın mənşəli may + ərəb mənşəli, nisə (qız, qadın) sözlərindən düzəlib. «May qızları (qadınları), mayda anadan olmuş qız (qadın) » deməkdir.
Mayorkişi
kişi adı, sadə, latın mənşəli «mayor» – böyük deməkdir. Mayor, həmçinin bir çox ölkələrin silahlı qüvvələrində böyük zabit rütbəsidir.
Mehbala // Mehbalıkişi
kişi adı, mürəkkəb, fars mənşəli meh=mah (ay) + azərbaycan mənşəli bala sözlərindən düzəlib. «Ay balası, ay parçası» deməkdir.
Mehbalıyev (a)kişi
familiya, Mehbalı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Mehdi // Mehtikişi
kişi adı, sadə, ərəb mənşəli, «mehdi» – doğru yola gəlmiş, düz yol tutmuş deməkdir.
Mehdi Hüseynkişi
təxəllüs azərbaycan mənşəli xalq yazıçısı, dramaturq, tənqidçi və ictimai xadim Mehdi Əli Hüseynova aiddir.
Mehdiqulukişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, mehdi + azərbaycan mənşəli qulu sözlərindən düzəlib. «Doğru yolla gedən xidmətçi» deməkdir.