Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Laçınkişi
müş., sadə, azərbaycan mənşəli «laçın» – dağ başında məskən salan alıcı quşun adıdır. Məcazi mənada «laçın» – cəsarətli, hünərli deməkdir. Bu da həmin quşun xarakteri ilə bağlıdır. Quş adları əsasən qızlara verilir. Lakin laçın güclü quş olduğundan bu adı oğlanlar da daşıyır.
Lahıcov (a)kişi
familiya, Etnonim mənşəlidir.
Lalaqadın
qadın adı, sadə, ərəb mənşəli, «lala» – parlaq, parlayan,cilalı deməkdir.
Lalayev (a)kişi
familiya, Lala şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Laləqadın
qadın adı, sadə, fars mənşəli «lale» – yazda açan, qırmızı rəngli, qədəhvarı çiçəkləri olan yabanı güldür. Gözəllik rəmzi kimi klassik ədəbiyyatda geniş istifadə olunmuşdur. Antroponim kimi «gözəl, al yanaqlı, yanağında xal olan gözəl» mənalarını ifadə edir.
Laləgülqadın
qadın adı, mürəkkəb, fars mənşəli «lale qol» – lalə çiçəyi deməkdir.
Laləndəqadın
qadın adı, düzəltmə, fars mənşəli «laləndə» – laləzar, laləlik, çoxlu lalə bitən yer deməkdir.
Lalənurqadın
qadın adı, mürəkkəb, fars mənşəli lalə + ərəb mənşəli, nur (işıq) sözlərindən düzəlib. «Lalənin işığı, şəfəqi, parlaqlığı» deməkdir.
Laləruxqadın
qadın adı, mürəkkəb, fars mənşəli «lalərux» – lalə üzlü, lalə kimi al yanaqlı deməkdir.
Laləzarqadın
qadın adı, düzəltmə, fars mənşəli «lalezar» – çoxlu lalə olan yer, laləli çəmənlik deməkdir.
Laləzərqadın
qadın adı, düzəltmə, fars mənşəli «lalezər» – qızıl lalə, şəfəq saçan lalə deməkdir.
Lamiəqadın
qadın adı, sadə, ərəb mənşəli, «lamiə» – parlaq, parıltı, işıq, işartı deməkdir.
Lauraqadın
qadın adı, sadə, əsli latın mənşəli «laurea» – dəfnə ağacı və yarpaqları deməkdir.
Lazımkişi
kişi adı, sadə, ərəb mənşəli, «lazım» – vacib, gərəkli, ehtiyacı ödəyən, zəruri deməkdir.
Lazımov (a)kişi
familiya, Lazım şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Leyla // Leyliqadın
qadın adı, sadə, ərəb mənşəli, «leyli» şəklində yazılıb «leyla» kimi oxunan bu ad «gecəyə məxsus, qaranlıq; qara saçlı» deməkdir. Bu adın qədim yəhudi mənşəli «liliya» (xoş iyli, zərif gül) sözü ilə eyni kökdən olduğu da güman edilir.
Leylanqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, leyl (gecə) + an (zaman, vaxt) sözlərindən düzəlib. «Gecə zamanı, gecə vaxtı; məcazi mənada gecə gözəli» deməkdir.
Lələkişi
kişi adı, sadə, azərbaycan mənşəli «lələ» – dayə; yaxın, doğma munis adam deməkdir.
Lələyev (a)kişi
familiya, Lələ şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ləmanqadın
qadın adı, sadə, ərəb mənşəli, «ləm (an)» – parlama, parıldama deməkdir. Far «ləman» – titrək, titrəyən mənalarını ifadə edir.
Ləmbəranski (skaya)kişi
familiya, Ləmbəran top. + ski (skaya) (rus mənşəli familiya, düzəldən şəkilçi). «Ləmbəranlı» deməkdir.
Lətafətqadın
qadın adı, sadə, ərəb mənşəli, «lətafət» – incəlik, xoşluq, mülayimlik, yumşaqlıq, gözəllik deməkdir.
Lətifkişi
kişi adı, sadə, Lətifə qadın adı, düzəltmə, ərəb mənşəli, «lətif» – xoşagələn, ürəyəyatan, incə, nazik, zərif deməkdir.
Lətifov (a)kişi
familiya, Lətif şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ləyaqətkişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «ləyaqət» – laiq olma, bəyənilmə deməkdir.
Ləzgiyev (a)kişi
familiya, Ləzgi etn. + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Lidiya // Lidaqadın
qadın adı, sadə, yunanca «elida» – günəş ölkəsi sözündəndir.
Lilparqadın
qadın adı, sadə, azərbaycan mənşəli «lilpar» – sulu çəmənlik deməkdir.
Limunətqadın
qadın adı, düzəltmə, yunanca «limon» – sitrus meyvələrindən birinin adıdır. «Limonlu» deməkdir.
Loğmankişi
kişi adı, sadə. Məşhur yunan alimi və həkimi Hippokratın ərəb adıdır. Mənası bütün xəstəliklərə əlac edən həkim; çörəkli, çörək verən, çörəyi olan deməkdir.
Lumiyə // Lumiyyəqadın
qadın adı, sadə. yunanca «limon» sözünün ərəb forması olan «lumu» sözündən düzəlib. Sitrus meyvələrindən birinin adıdır. «Xoş ətirli» deməkdir.
Lütfəlikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, lütf (mərhəmət) + Əli (imam) sözlərindən düzəlib. «Əlinin mərhəməti» deməkdir.
Lütfi // Lütfükişi
kişi adı, düz, ərəb mənşəli, «lütf» + ü (şəkilçi). «Xeyirxah, mərhəmətli» deməkdir.
Lütfiyarkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, lütf (i) + fars mənşəli yar (sevgili) sözlərindən düzəlib. «Yarın mərhəməti, sevgilinin rəhmi» deməkdir.
Lütfiyarov (a)kişi
familiya, Lütfiyar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Lütfiyyəqadın
qadın adı, düzəltmə, ərəb mənşəli, «lütfiyyə» – lütfkar, mərhəmətli qız (qadın) deməkdir.
Lyudmilaqadın
qadın adı, sadə, rus mənşəli «lyudmila» – səmimi, xoşagələn mehriban insan, məcazi mənada gözəl, qəşəng qız deməkdir. azərbaycan mənşəli – da Puşkinin «Ruslan və Lyudmila» əsərinin təsiri ilə yaranıb.