Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Habilkişi
kişi adı, sadə. yəhudi mənşəli «Habel» adının ərəb forması olub «kədər, qəm, qüssə; meh, yel, nəsim» deməkdir. Tövratda adı çəkilən Adəmlə Həvvanın kiçik oğlu, bəşər tarixində ilk günahsız öldürülən insanın adıdır.
Hacibkişi
kişi adı, sadə, ərəb mənşəli, «hacib» – xidmətçi, qapıçı; baş vəzir deməkdir. Orta əsrlərdə Yaxın Şərq ölkələrində sarayda ən yüksək vəzifələrdən biri olmuşdur.
Hacıkişi
kişi adı, sadə, ərəb mənşəli, «həcc – i» – Məkkə şəhərində Kəbədə zilhiccə ayının onuncu günü (qurban bayramı günü) həcc mərasimini icra etmiş müsəlmanlara verilən fəxri ad olub «zəvvar» deməkdir. azərbaycan mənşəli – da müstəqil şəxsi ad kimi də işlənir.
Hacıağa // Hacağakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, hacı + azərbaycan mənşəli ağa sözlərindən düzəlib. «Məkkəni ziyarət etmiş seyid; cənab zəvvar» deməkdir.
Hacıbabakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, hacı + azərbaycan mənşəli baba sözlərindən düzəlib. «Məkkəni ziyarət etmiş ata, zəvvar baba» deməkdir.
Hacıbababəyov (a)kişi
familiya, Hacıbaba şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hacıbabayev (a)kişi
familiya, Hacıbaba şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hacıbalakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, hacı + azərbaycan mənşəli bala sözlərindən düzəlib. «Məkkəni ziyarət etmiş övlad, balaca zəvvar» deməkdir.
Hacıbalayev (a)kişi
familiya, Hacıbala şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hacıbalazadəkişi
familiya, Hacıbala şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Hacıbəyov (a)kişi
familiya, Hacı şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hacıəli // Hacəlikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, hacı + Əli sözlərindən düzəlib. «Zəvvar Əli; Əlinin ziyarəti» deməkdir.
Hacıəlizadəkişi
familiya, Hacıəli şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Hacıəmi // Hacəmikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, hacı + azərbaycan mənşəli əmi sözlərindən düzəlib. «Ziyarət etmiş hörmətli adam» deməkdir.
Hacılarov (a)kişi
familiya, Hacılar etn. + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hacımehdikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, hacı + mehdi sözlərindən düzəlib. «Ziyarətə gedən Allahın mömin bəndəsi» deməkdir.
Hacımuradkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, hacı + murad sözlərindən düzəlib. «Zəvvarın arzusu, niyyəti» deməkdir.
Hacınski (skaya)kişi
familiya, Hacı şəxsi ad + n (bitişdirici samit) + ski (skaya) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hacıqasımkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, hacı + Qasım sözlərindən düzəlib. «Zəvvar Qasım» deməkdir.
Hacıqasımov (a)kişi
familiya, Hacıqasım şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hacıqulukişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, hacı + azərbaycan mənşəli qulu sözlərindən düzəlib. «Ziyarətə gedənin nökəri, zəvvarın xidmətçisi» deməkdir.
Hacıquluzadəkişi
familiya, Hacıqulu şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Hacıxankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, hacı + azərbaycan mənşəli xan sözlərindən düzəlib. «Məkkəni ziyarət etmiş hökmdar, hakim» deməkdir.
Hacıxanov (a)kişi
familiya, Hacıxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hacıyev (a)kişi
familiya, Hacı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hacızadəkişi
familiya, Hacı şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Hadikişi
kişi adı, sadə, ərəb mənşəli, «Hadi» – doğru yol göstərən, düz yola çağıran; bələdçi, istiqamət verən deməkdir. Təxəllüs kimi Azərbaycan şairi Ağaməhəmməd Hacı Əbdülsəlim oğluna məxsusdur.
Hadiskişi
kişi adı, sadə, ərəb mənşəli, «hadis» – yeni zühur edən, yeni meydana çıxan deməkdir.
Hadiyev (a)kişi
familiya, Hadi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hadıkişi
kişi adı, sadə, ərəb mənşəli, «Hadi» adının fonetik variantıdır.
Hadıyev (a)kişi
familiya, Hadı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hafidkişi
kişi adı, sadə, ərəb mənşəli, «Hafiz» adının fonetik variantıdır.
Hafizkişi
kişi adı, sadə, ərəb mənşəli, «hafiz» – hifz edən, qoruyan, mühafizə edən; Quranı əzbər bilən adam deməkdir.
Hafizəqadın
qadın adı, sadə, ərəb mənşəli, «hafizə» – yadda saxlama qabiliyyəti, yaddaş deməkdir.
Hakimkişi
kişi adı, sadə, Hakimə qadın adı, düzəltmə, ərəb mənşəli, «hakim» – hökmdar, hökm edən, hökm verən deməkdir.
Halaykişi
kişi adı, sadə, azərbaycan mənşəli «halay» – dairə, dövrə deməkdir.
Haləqadın
qadın adı, sadə, yunanca «halos» sözünün ərəb variantı olub «dairə, halqa» deməkdir.
Hambal // Hammalkişi
təxəllüs azərbaycan mənşəli şairi Bayraməli Abbaszadəyə məxsusdur. Gənc yaşlarından «Mirzə Gülzar» təxəllüsü ilə həcvlər yazan şair, M. Ə. Sabirin məsləhəti ilə «Hambal» təxəllüsünü götürmüşdür. ərəb mənşəli, «həmmal» – belində yük daşıyan adam deməkdir.
Hamidkişi
kişi adı, sadə, ərəb mənşəli, «hamid» – şükr edən, tərifəlayiq deməkdir.
Hamidikişi
təxəllüs XV əsr azərbaycan mənşəlişairlərindən birinə məxsusdur.
Hamilkişi
kişi adı, sadə, ərəb mənşəli, «hamil» – sahib, yiyə deməkdir.
Haqqıkişi
kişi adı, düzəltmə, ərəb mənşəli, «haqq + ı» – and olsun!, and içirəm! deməkdir.
Haqqulukişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, haq (q) + azərbaycan mənşəli qulu sözlərindən düzəlib. «Allahın köləsi, tanrının nökəri» deməkdir.
Haqverdikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, haq (q) + azərbaycan mənşəli verdi sözlərindən düzəlib. «Allah verdi, Allahın verdiyi, tanrının bəxşişi» deməkdir.
Haqverdiyev (a)kişi
familiya, Haqverdi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Hariskişi
kişi adı, sadə, ərəb mənşəli, «haris» – saxlayan, hifz edən, qoruyan; keşikçi, qarovul deməkdir.
Harunkişi
kişi adı, sadə. qədim yəhudi mənşəli «aaron» sözünün ərəb forması olub «dağlı» deməkdir.
Hasilkişi
kişi adı, sadə, ərəb mənşəli, «hasil» – vücuda gələn, bitən, göyərən; məhsul, meyvə; nəticə, fayda deməkdir.
Hasilov (a)kişi
familiya, Hasil şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Haşım // Həşimkişi
kişi adı, sadə, ərəb mənşəli, «haşim» – hörmətli, möhtərəm deməkdir. Məhəmməd peyğəmbərin ata tərəfindən mənsub olduğu haşimilər nəslinin adındandır.
Haşımoğlukişi
familiya, Haşım şəxsi ad + oğlu (fars dilindəki «zadə» – nin azərbaycan mənşəli qarşılığı).
Haşımov (a) // Həşimov (a)kişi
familiya, Haşım // Həşim şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Haşımzadə // Həşimzadəkişi
familiya, Haşım // Həşim şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Hatəmkişi
kişi adı, sadə, ərəb mənşəli, «hatəm» – qət edən, əmr edən, qanun verən; comərd, əliaçıq, səxavətli deməkdir.
Hatəmxankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, hatəm + azərbaycan mənşəli xan sözlərindən düzəlib. «Əmr edən, qanun verən hökmdar; comərd, səxavətli hakim» deməkdir.
Hatifkişi
kişi adı, sadə, ərəb mənşəli, «hatif» – qeybdən gələn səs; vicdan səsi, dəruni səs deməkdir.
Havaqadın
qadın adı, sadə. Həvva adının variantıdır.
Heybətkişi
kişi adı, sadə, ərəb mənşəli, «heybət» – qorxu, dəhşət; hörmət, izzət; ləyaqət, etibar, nüfuz deməkdir.
Heybətov (a)kişi
familiya, Heybət şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Heydərkişi
kişi adı, sadə, ərəb mənşəli, «heydər» – aslan, şir; igid, cəsur deməkdir, Azərbaycan xalqının ümummilli liderinin adı.