Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Gerçəkkişi
kişi adı, sadə. azərbaycan mənşəli «gerçək» – həqiqət, doğru, düz deməkdir.
Gəncalı // Gəncəlikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli gənc (cavan, yeniyetmə) + alı (oğlan, kişi; qəhrəman, bahadır, igid) sözlərindən düzəlib. «Cavan, yeniyetmə oğlan; cavan qəhrəman» deməkdir.Azərbaycanda familiya, kimi də işlənir.
Gəncayqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli gənc (təzə, yeni) + Ay (planet) sözlərindən düzəlib. «Yeni cörünən ay», məcazi mənada «gözəl» deməkdir.
Gəncəkişi
kişi adı, sadə. Gəncə toponimindən götürülmüşdür.
Gəncəliyev (a)kişi
familiya, Gəncəli şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Gəncəvikişi
nisbə. Gəncə şəhərində doğulmuş bir çox görkəmli şəxsiyyətlərə (Nizami, Məshəti xanım, Əbu Üla və b.) aiddir.
Gəncikişi
kişi adı, sadə, fars mənşəli «gənci» – xəzinə, dəfinə sahibi; cavan deməkdir.
Gəray (Girey)kişi
kişi adı, sadə, monq. «girey» – layiq, uyğun deməkdir. Türk dillərində «gəray» – yer sürən, kotançı; möhkəm, dözümlü ər, cüssəli, nəhəng döyüşçü kimi izah olunur.
Gəraybəylikişi
familiya, Gəray şəxsi ad + bəy (titul) + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Gəraylıkişi
familiya, Gəray şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Gərayzadəkişi
familiya, Gəray şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şək– si.
Gərəkkişi
kişi adı, sadə, azərbaycan mənşəli «gərək» – lazım, zəruri deməkdir.
Gilasqadın
qadın adı, sadə, azərbaycan mənşəli «gilas» – ağ, sarı, qırmızı və qara rəngli növləri olan çəyirdəkli, şirin giləmeyvə adıdır. Məcazi mənada «yumru, alyanaq, şirin, dadlı» deməkdir.
Giləqadın
qadın adı, sadə, azərbaycan mənşəli «gilə» – giləmeyvələrin (üzüm, nar, gilas və s.) hər bir dənəsi deməkdir. Məcazi mənada «gözəllərdən biri» mənasını ifadə edir.
Gilənarqadın
qadın adı, sadə, azərbaycan mənşəli «gilənar» – qırmızı rəngli giləmeyvənin adıdır.Antroponim kimi «alyanaq» deməkdir.
Giramikişi
kişi adı, sadə, fars mənşəli «girami» – əziz, istəkli deməkdir.
Girdimankişi
kişi adı, sadə. Qədim Azərbaycan dövlətinin adıdır.
Göksəlkişi
müşəxsi ad, sadə, türk mənşəli «göksəl» – asimana mənsub olan deməkdir.
Göksəlov (a)kişi
familiya, Göksəl şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Goranikişi
nisbə. azərbaycan mənşəli yazıçısı Əsgər ağa Mirzə Adıgözəlzadəyə məxsusdur.
Görgünqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli «görgün» – görməyə, baxmağa dəyərli, diqqətəlayiq deməkdir.
Goruskişi
kişi adı, sadə. Gorus toponimindən götürülmüşdür.
Gövhərqadın
qadın adı, sadə, fars mənşəli «gouhər» – cəvahir, qiymətli daş deməkdir.
Gövhərtacqadın
qadın adı, mürəkkəb, fars mənşəli gövhər (qouhər) + tac sözlərindən düzəlib. «Qiymətli daşlarla, cəvahirlə bəzədilən tac» deməkdir.
Göyçayev (a)kişi
familiya, Göyçay top. + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Göyçəkişi
müşəxsi ad, sadə. Göyçə toponimindən götürülmüşdür.
Göyçəkqadın
qadın adı, sadə, azərbaycan mənşəli «göyçək» – cözəl, xoşa gələn, qəşəng deməkdir.
Göyçəlikişi
familiya,, nisbə. Göyçə top. + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Göyərçinqadın
qadın adı, sadə, azərbaycan mənşəli «göyərçin» – müxtəlif, xüsusilə ağ və kül rəngli əhliləşdirilmiş quş adıdır. Hərfi mənası «göy quşu» deməkdir. Göyərçin saxlamaqla məşğul olanlar həmin quşları yalnız sakit hava və açıq səma şəraitində uçururlar. Buradan da həmin quşlara «sülh quşu» da deyirlərəb mənşəli, Bu baxımdan antroponim «mehriban, əmin – amanlıq əlaməti» mənalarını ifadə edir.
Göyüşkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli «göyərmək» felinin kökündən düzəlib. «Təzə, tər, təravətli» deməkdir.
Göyüşov (a)kişi
familiya, Göyüş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Gözəlqadın
qadın adı, sadə, azərbaycan mənşəli «gözəl» – xoşa gələn, göyçək, göz oxşayan deməkdir.
Gözəlağakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli gözəl + ağa sözlərindən düzəlib. «Xoşa gələn hökmdar» deməkdir.
Gözəlbəyimqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli gözəl + bəyim sözlərindən düzəlib. «Xoşa gələn, göz oxşayan xanım» deməkdir.
Gözəlov (a)kişi
familiya, Gözəl şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Gözəlxanımqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli gözəl + xanım sözlərindən düzəlib. «Xoşa gələn, göyçək, göz oxşayan qız, qadın» deməkdir.
Gülqadın
qadın adı, sadə, fars mənşəli «qol» – çiçək deməkdir. azərbaycan mənşəli – da familiya, kimi də işlənir.
Gülabqadın
qadın adı, mür, fars mənşəli «qole – ab» – gül suyu (qızılgül yarpaqlarından alınan ətirli maye) deməkdir.
Gülabbakişi
kişi adı, mürəkkəb, fars mənşəli gül + azərbaycan mənşəli baba sözünün deformasiyaya uğramış forması. «Sevimli, gözəl baba» deməkdir.
Gülablıkişi
familiya, Gülab şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Gülabov (a)kişi
familiya, Gülab şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Gülaçarqadın
qadın adı, mürəkkəb, fars mənşəli gül + azərbaycan mənşəli açar sözlərindən düzəlib. «Açılmış gül» deməkdir.
Gülafətqadın
qadın adı, mürəkkəb, fars mənşəli gül + ərəb mənşəli, afət sözlərindən düzəlib. «Gül kimi gözəl» deməkdir.
Gülağakişi
kişi adı, mürəkkəb, fars mənşəli gül + azərbaycan mənşəli ağa sözlərindən düzəlib. «Təmiz, pak, müqəddəs cənab; müqəddəs seyid» mənasındadır.
Gülalıkişi
kişi adı, mürəkkəb, fars mənşəli gül + azərbaycan mənşəli alı sözlərindən düzəlib. «Təmiz, pak kişi» deməkdir.
Gülara // Gülarəqadın
qadın adı, sadə, fars mənşəli gül + ara («arəstən» – bəzəmək felinin kökü) sözlərindən düzəlib. «Gül – çiçəklə bəzədilmiş» deməkdir.
Gülaramqadın
qadın adı, sadə, fars mənşəli «gülaram» – güllə bəslənmiş sakit qız deməkdir.
Gülay // Gülayəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli «gülmək» felinin kökü + Ay (planet) sözlərindən düzəlib. «Gülən ay, sevinən ay; şən, şad gözəl» deməkdir.
Gülbabakişi
kişi adı, mürəkkəb, fars mənşəli gül + azərbaycan mənşəli baba sözlərindən düzəlib. «Sevimli, gözəl baba» deməkdir.
Gülbacıqadın
qadın adı, mürəkkəb, fars mənşəli gül + azərbaycan mənşəli bacı sözlərindən düzəlib. «Gül kimi bacı, təmiz, pak qadın, qız» deməkdir.
Gülbadamqadın
qadın adı, mürəkkəb, fars mənşəli gül + badam sözlərindən düzəlib. «Badam ağacının gülü» (çəhrayı rəngli xoş ətirli çiçək) deməkdir.
Gülbağçaqadın
qadın adı, mürəkkəb, fars mənşəli gül + azərbaycan mənşəli bağça sözlərindən düzəlib. «Güllük, gül bağı, gülüstan» deməkdir.
Gülbaharqadın
qadın adı, mürəkkəb, fars mənşəli gül + bahar sözlərindən düzəlib. «Bahar gülü, yaz çiçəyi; təravətli» deməkdir.
Gülbalakişi
kişi adı, mürəkkəb, fars mənşəli gül + azərbaycan mənşəli bala sözlərindən düzəlib. «Gözəl, qəşəng, təravətli uşaq» deməkdir.
Gülbalayev (a)kişi
familiya, Gülbala şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Gülbanuqadın
qadın adı, mürəkkəb, fars mənşəli gül + banu sözlərindən düzəlib. «Gül kimi gözəl xanım» deməkdir.
Gülbənizqadın
qadın adı, mürəkkəb, fars mənşəli gül + azərbaycan mənşəli bəniz sözlərindən düzəlib. «Gül üzlü, gül kimi gözəl» deməkdir.
Gülbəsqadın
qadın adı, mürəkkəb, fars mənşəli gül + bəs (bəsdir) sözlərindən düzəlib. «Gül bəsdir, yəni qız bəsdir» deməkdir. Ailədə qız uşaqlarının doğulmasına etiraz əlaməti olaraq verilən adlardandır.
Gülbəsərqadın
qadın adı, mürəkkəb, fars mənşəli gül + ərəb mənşəli, bəsər (göz,görmə) sözlərindən düzəlib. «Gülə oxşar, gül kimi görünən» deməkdir.
Gülbəstiqadın
qadın adı, mürəkkəb, fars mənşəli gül + bəst (bağlı, bağlanmış) sözlərindən düzəlib. «Gül bağlaması, gül dəstəsi» deməkdir.