Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Faidkişi
kişi adı, sadə, Faidə qadın adı, sadə, ərəb mənşəli, «faidə» – fayda, qazanc, mənfəət, gəlir deməkdir.
Failkişi
kişi adı, sadə, Failə qadın adı, düzəltmə, ərəb mənşəli, «fail» – iş görən, işçi, əməkdaş; işləyən, yaradan deməkdir.
Faiq // Fayiqkişi
kişi adı, sadə, Faiqə // Fayiqə qadın adı, düzəltmə, ərəb mənşəli, «faiq» – üstün, başqalarından irəli, əla, seçmə deməkdir.
Faizkişi
kişi adı, sadə, Faizə qadın adı, düzəltmə, ərəb mənşəli, «faiz» – tamın yüzdə bir hissəsi; kiçik pay deməkdir.
Fakirkişi
kişi adı, sadə, Fakirə qadın adı, düzəltmə, ərəb mənşəli, «fakir» – yoxsul; müxtəlif möcüzələr göstərən fokusçu; dərviş deməkdir.
Familkişi
kişi adı, sadə, Familə qadın adı, düzəltmə, latın mənşəli «famil» – qul sahibi, quldar; ailə, nəsil deməkdir.
Fanikişi
təxəllüs XVIII əsr azərbaycan mənşəli alimi, səyyah, tarixçi, maarifçi, ədib, şair Hacı Məhəmmədəli Axund İsgəndər oğlu Şirvaniyə məxsusdur. Mənası «həmişəlik olmayan, öləri insan; zəif, gücsüz» deməkdir.
Fariqkişi
kişi adı, sadə, ərəb mənşəli, «fariq» – fərq edən, ayıran, fərqləndirən, təfavüt qoyan deməkdir.
Faris // Fəriskişi
kişi adı, sadə, Farisə qadın adı, düzəltmə, ərəb mənşəli, «faris» – atlı, süvari; igid, qəhrəman; məharətli, iqtidarlı, bacarıqlı, hünərli deməkdir.
Farizkişi
kişi adı, sadə, Farizə // Fərizə qadın adı, düzəltmə, ərəb mənşəli, «fariz» – fərz edən, təxmin edən deməkdir.
Faruqkişi
kişi adı, sadə, ərəb mənşəli, «faruq» – fərq qoya bilən, yaxşını pisdən ayıra bilən, gələcəyi görən; ədalət tərəfdarı deməkdir. Xəlifə Ömərin təxəllüsü olub. Təxəllüs kimi XX əsr azərbaycan mənşəli şairi Abdulla Musa oğlu Əfəndiyevə məxsus olmuşdur.
Fasihkişi
kişi adı, sadə, Fasihə qadın adı, düzəltmə, ərəb mənşəli, «fəsih» sözündən olub «fəsahətlə danışan, gözəl və aydın danışıq qabiliyyətinə malik olan» deməkdir.
Fatehkişi
kişi adı, sadə, Fatehə qadın adı, düzəltmə, ərəb mənşəli, «fateh» – açan, işğal edən, fəth edən, qalib gələn deməkdir.
Fatiməqadın
qadın adı, sadə, ərəb mənşəli, «fatimə» – uşağı süddən ayıran (qadın); süddən kəsilmiş uşaq (qız) deməkdir. Məhəmməd peyğəmbərin qızı və Xəlifə Əlinin arvadının adıdır.
Fatıqadın
qadın adı, sadə, qədim azərbaycan mənşəli «fatı» – ağıllı, bacarıqlı, çox bilmiş, zirək (qadın) deməkdir.
Fatmaqadın
qadın adı, sadə. Ən qədim Azərbəycan adlarınan olub, «qız, gəlin, qadın» mənasını ifadə edir.
Fatmabadamqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli fatma (qız, qadın) + fars mənşəli badam sözlərindən düzəlib. «Şirin, gözəl qız» deməkdir.
Fatmanisəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli fatma (qız, qadın) + ərəb mənşəli, nisə (qadın) sözlərindən düzəlib. «Qız, qadın» deməkdir.
Faxirkişi
kişi adı, sadə, Faxirə qadın adı, düzəltmə, ərəb mənşəli, «faxir» – qiymətli, gözəl, parlaq; fəxr edən, öyünən deməkdir.
Fazilkişi
kişi adı, sadə, Fazilə qadın adı, düzəltmə, ərəb mənşəli, «fazil» – fəzilətli, layiqli, ləyaqətli, gözəl əxlaqa malik olan deməkdir.
Fazilətqadın
qadın adı, düzəltmə, ərəb mənşəli, «fazil + ət» – insanda ağıl, kamal, elm, mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı; müdriklik, kamillik deməkdir.
Fazilov (a)kişi
familiya, Fazil şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Fevzikişi
kişi adı, sadə, Fevziyyə qadın adı, düzəltmə, ərəb mənşəli, «fevzi» – qalib gələn, müzəffər deməkdir.
Feysəlkişi
kişi adı, sadə, ərəb mənşəli, «feysəl» – hakim, hökmdar; qərar, hökm, həll etmə deməkdir.
Feyzəddinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, feyz + əd + din sözlərindən düzəlib. «Dinə xeyir, fayda gətirən» deməkdir.
Feyzikişi
kişi adı, sadə, Feyziyyə qadın adı, düzəltmə, ərəb mənşəli, «feyzi» – bol, bərəkətli, nemətli, müvəffəqiyyətli, faydalı; ləzzətli; səxavətli, comərd deməkdir.
Feyzullakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, feyz + ullah (allah) sözlərindən düzəlib. «Allahın səxavəti, tanrının comərdliyi» deməkdir.
Feyzullayev (a)kişi
familiya, Feyzulla şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Fədakişi
müşəxsi ad, sadə, Fədayə qadın adı, düzəltmə, ərəb mənşəli, «fəda» – əvəz, qurban, bədəl deməkdir.
Fədaikişi
kişi adı, düzəltmə, ərəb mənşəli, «fəda + i» – məsləki, inamı uğrunda öz həyatını qurban verən deməkdir. XVI əsr azərbaycan mənşəli şairlərindən birinin təxəllüsü olmuşdur.
Fədailkişi
kişi adı, düzəltmə, ərəb mənşəli, «fəda + il» – məslək uğrunda qurban gedənlər, şəhidlər deməkdir.
Fəğankişi
kişi adı, sadə, ərəb mənşəli, «əfğan» sözündən olub «fəryad, nalə» deməkdir.
Fəhmikişi
kişi adı, sadə, ərəb mənşəli, «fəhmi» – anlayışlı, dərrakəli, idraklı, zəkalı deməkdir.
Fəhmilkişi
kişi adı, sadə, ərəb mənşəli, «fəhmil» – anlayışlı, zəkalı, idraklı, dərrakəli deməkdir.
Fəhminkişi
kişi adı, düzəltmə, ərəb mənşəli, «fəhm + in» – anlayışlı, dərrakəli, idraklı, zəkalı deməkdir.
Fələkqadın
qadın adı, sadə, ərəb mənşəli, «fələk» – tale, bəxt, zəmanə deməkdir.
Fələkikişi
kişi adı, düzəltmə, ərəb mənşəli, «fələk + i» – göy, səma; asimana məxsus; tam, qismət, bəxt, müqəddərat deməkdir. Təxəllüs kimi XII əsr azərbaycan mənşəli şairi Məhəmməd Şirvaniyə məxsusdur.
Fənakişi
təxəllüs azərbaycan mənşəli şairi Mirzə Rəhim Mirzə Məhəmmədbağır oğluna məxsusdur. ərəb mənşəli, «fəna» – fanilik, yoxluq deməkdir.
Fəqirkişi
təxəllüs azərbaycan mənşəli şairi Hacağa Məhəmmədağa oğluna məxsusdur. ərəb mənşəli, «fəqir» – yoxsul, aciz, yazıq deməkdir.
Fərahimkişi
kişi adı, sadə, fars mənşəli «fərahəm» sözündən olub, toplu, yığma, toplama; yığcam, toplanmış; cəm edilmiş, düzəlmiş deməkdir.
Fəraizkişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «fəraiz» – borc, vəzifə; sərəncam, göstəriş; miras işlərindən bəhs edən dini hüquq sahəsi deməkdir.
Fəraməz // Fərəməzkişi
kişi adı, sadə, fars mənşəli «fəraməz» – bağışlayan, əfv edən deməkdir.
Fəranəqadın
qadın adı, sadə, ərəb mənşəli, «fəranə» – çörəkbişirən, çörəkçi (qadın, qız) deməkdir.
Fəraqqadın
qadın adı, sadə, ərəb mənşəli, «fəraq» – ayrılıq, hicran, firqət deməkdir.
Fərasətkişi
kişi adı, sadə, ərəb mənşəli, «fərasət» – dərhal anlama, başa düşmə, dərk etmə, qavrama bacarığı, zehnin itiliyi; ayıqlıq deməkdir.
Fərdakişi
müşəxsi ad, sadə, Fərdanə qadın adı, düzəltmə, fars mənşəli «fərda» – sabah, ertəsi gün; gələcək deməkdir.
Fərdikişi
kişi adı, sadə, ərəb mənşəli, «fərdi» – özünəməxsus, tək deməkdir.
Fərdiyyətkişi
müşəxsi ad, düzəltmə, ərəb mənşəli, «fərd + iyyət» – təxmin, xüsusilik, fərdilik deməkdir.
Fərəckişi
kişi adı, sadə, ərəb mənşəli, «fərəc» – müəyyən sıxıntıdan, intizardan, nigarançılıqdan sonra gələn sevinc, şadlıq; təsəlli; əyləncə deməkdir.
Fərəcov (a)kişi
familiya, Fərəc şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Fərəcullakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, fərəc + ulla (h) sözlərindən düzəlib. «Allahın sevinci, şadlığı; tanrının təsəllisi, təskinliyi» deməkdir.
Fərəhqadın
qadın adı, sadə, ərəb mənşəli, «fərəh» – sevinc, şadlıq, könül açıqlığı deməkdir.
Fərəhnazqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, fərəh + fars mənşəli naz sözlərindən düzəlib. «Fərəhlə, sevinclə nazlanan» deməkdir.
Fərəhnurqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, fərəh + nur sözlərindən düzəlib. «Fərəhin, sevincin nuru, işığı, ziyası» deməkdir.
Fərəhşanqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, fərəh + fars mənşəli əfşan sözlərindən düzəlib. «Sevinc saçan» deməkdir.
Fərəhzaqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, fərəh + fars mənşəli –za (şəkilçi) sözlərindən düzəlib. «Sevinc doğuran, şadlıq yaradan» deməkdir.
Fərəhzərqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, fərəh + fars mənşəli zər sözlərindən düzəlib. «Fərəh, sevinc şəfəqi» deməkdir.
Fərəməzov (a)kişi
familiya, Fərəməz şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Fərəngizqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, fərəh + fars mənşəli əngiz sözlərindən düzəlib. «Fərəhverici, sevindirici» deməkdir.
Fərhad // Fəhradkişi
kişi adı, sadə, qədim fars mənşəli «fərhad» – anlayan, başa düşən; zehinli; dərrakəli; igid, qəhrəman deməkdir. Şərq xalqlarında qəhrəman sənətkar obrazıdır.