Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Ehsankişi
kişi adı, sadə, ərəb mənşəli, «ehsan» – mərhəmət, iltifat deməkdir. Naxçıvanın sonuncu xanı (XIX əsr), rus ordusu general – mayoru, Naxçıvan xanı Kəlbalı xanın oğlunun adı olmuşdur.
Ehtiramkişi
kişi adı, sadə, ərəb mənşəli, «etiram» – hörmət, sayğı deməkdir.
Ehtişamkişi
kişi adı, sadə, ərəb mənşəli, «ehtişam» – dəbdəbə, cəlal, əzəmət deməkdir.
Elarizkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el + ərəb mənşəli, ariz sözlərindən düzəlib. «Elin üzü, xalqın şikayətini bildirən, xalqın dərdini bəyan edən» deməkdir.
Elbəykişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + bəy (titul) sözlərindən düzəlib. «Elin bəyi», «elin başçısı» deməkdir.
Elbəylikişi
familiya, Elbəy şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Elbruskişi
kişi adı, sadə. Böyük Qafqazın Yan silsiləsindəki ən yüksək zirvənin adıdır (top.). qədim türk dillərində «yalı buz olan» dağ kimi tərcümə olunur. şəxsi ad kimi «uca, yüksək, zirvə» mənalarını ifadə edir.
Elcankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el +fars mənşəli can (ürək, qəlb; əziz) sözlərindən düzəlib. «Elin canı», «elin ürəyi», «elin əzizi» deməkdir.
Elçibəykişi
təxəllüs Azərbaycan Xalq Cəbhəsinin yaradıcısı, ictimai xadim Əbülfəz Əbdülqədir oğlu Əliyevə məxsusdur.
Elçinkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el + çin (qədim türk dillərində «çin» - güc, qüvvət, qüdrət deməkdir.) sözlərindən düzəlib. «Elin gücü, qüvvəti, qüdrəti» mənasını bildirir.
Eldarkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli «eldar» – el yiyəsi, elə malik olan deməkdir.
Eldarov (a)kişi
familiya, Eldar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Eldaşkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli «eldaş» – xalqla bir olan deməkdir.
Eldəgiz // Eldənizkişi
kişi adı, mürəkkəb Hər iki şəxsi ad ayrılıqda işlənməsinə baxmayaraq, XII əsrdə azərbaycan mənşəli– da atabəylər dövlətini idarə etmiş eldəgəzlər («eldə gəzən» deməkdir) sülaləsinin adı ilə bağlıdır.
Eldostkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el + fars mənşəli dust (dost) sözlərindən düzəlib. «Elin dostu», «elin arxası» deməkdir.
Elgülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + fars mənşəli gül (çiçək) sözlərindən düzəlib. «Xalqın gülü, çiçəyi» deməkdir.
Elgünkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + gün (günəş) sözlərindən düzəlib. «Xalqın günəşi» deməkdir.
Elidaqadın
qadın adı, sadə, yəhudi mənşəli «ilida» sözündən olub «seçilmiş, seçilməyə hüququ olan» deməkdir.
Elizbərkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el + fars mənşəli zib // zivər (bəzək, zinət) sözlərindən düzəlib. «Elin bəzəyi , yaraşığı» deməkdir.
Elköməkkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + kömək (yardım) sözlərindən düzəlib. «Xalqın köməyi», «elin yardımçısı» deməkdir.
Elladaqadın
qadın adı, sadə. Yunanıstanın qədim adı olub (top.). Yellados – gönəşli ölkə deməkdir.
Ellikişi
müşəxsi ad, düzəltmə, azərbaycan mənşəli «elli» – xalqın nümayəndəsi, elin üzvü deməkdir. Təxəllüs kimi azərbaycan mənşəli tətqiqatçısı, publisist Məmməd Cabbar oğlu Təhməzova məxsusdur. «Həmyerli» deməkdir.
Elmankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + qədim türk dillərində man (adam) sözlərindən düzəlib. «Xalq adamı», «xalq nümayəndəsi» deməkdir.
Elmanov (a)kişi
familiya, Elman şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Elmarkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + qədim türk dillərindəki mar (təpə, baş) sözlərindən düzəlib. «Xalqın başçısı» deməkdir.
Elmarov (a)kişi
familiya, Elmar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Elmaskişi
kişi adı, sadə, yunanca «elmas» – almaz deməkdir. Bu ad türk dili vasitəsilə dilimizə keçmişdir.
Elməddinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «elm– əd– din» – din elmi, teologiya deməkdir.
Elməddinov (a)kişi
familiya, Elməddin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Elmiqadın
qadın adı, düz, ərəb mənşəli, «elm + i» – elmə aid, elmlə bağlı olan deməkdir.
Elminazqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, elm (bilik, nəzəriyyə, təlim) + fars mənşəli naz (işvə, qəmzə) sözlərindən düzəlib. «Başdan – başa nazlı gözəl, gözəllik mücəssəməsi» deməkdir.
Elmirkişi
kişi adı, sadə, Elmirə // Elmira qadın adı, düzəltmə, ərəb mənşəli, «ələmir, ələmirə» sözlərindən olub, «əmirə məxsus olan» deməkdir. Bu ad İspaniyadan başqa ölkələrə, o cümlədən, Azərbaycana yayılmışdır.
Elnarkişi
kişi adı, Elnarə qadın adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + ərəb mənşəli, nar (od) sözlərindən düzəlib. «Elin odu, xalqın işığı» deməkdir.
Elnazqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + fars mənşəli naz (şivə, qəmzə) sözlərindən düzəlib. «Elin nazlı gözəli» deməkdir.
Elnurkişi
kişi adı, mürəkkəb, Elnurə qadın adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + ərəb mənşəli, nur (işıq) sözlərindən düzəlib. «Elin nuru, xalqın işığı» deməkdir.
Eloğlukişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + oğul (kişi cinsindən olan övlad) + u (III şəxs mənsub. şəkilçi– si). «Xalqın oğlu, həmyerli» deməkdir.
Elşadkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el + şad (qədim türk dillərində «şad» – xandan sonra ən yüksək rütbə, vali deməkdir) sözlərindən düzəlib. «Elin valisi», «elin başçısı» mənasını ifadə edir.
Elsevərkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + sev («sevmək» felinin kökü) + ər (feli sifət şəkilçi– si). «Xalqını, elini sevən» deməkdir.
Elşənkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el + şən (sevinc) sözlərindən düzəlib. «Elin sevinci», «elini şənləndirən», «xalqını sevindirən» deməkdir.
Elsurəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + ərəb mənşəli, surə (parça, hissə) sözlərindən düzəlib. «Elin bir hissəsi, bir parçası» deməkdir.
Eltackişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el + fars mənşəli tac (baş bəzəyi) sözlərindən düzəlib. «Elin tacı, xalqın baş bəzəyi» deməkdir.
Eltəbərkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el + təbər (alan, tutan; güc, güvvə) sözlərindən düzəlib. «El alan, el tutan; el gücü, igid, qəhrəman» deməkdir.
Eltəkinkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el + təkin (qədim türk dillərində «tekin» – şahzadə deməkdir) sözlərindən düzəlib. «Elin şahzadəsi, xalqın başçısı» mənasını ifadə edir.
Eltənkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + tən (bərabər, tay; burada uyğun, laiq) sözlərindən düzəlib. «Xalqa laiq» deməkdir.
Eltonkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + qədim türk mənşəli ton (çay; burada sel, güc mənasında) sözlərindən düzəlib. «El gücü» deməkdir. Adın türk mənşəli «altun» (qızıl) sözünün fonetik variantı olması da istisna deyil. Volqoqrad vilayətində eyni adlı şor göl vardır.
Elturankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el + turan (türklərin vətəni) sözlərindən düzəlib. «Turan elindən olan, əsl türk» deməkdir.
Eltuzkişi
kişi adı, sadə. qədim türklərin dillərində «qəbilə birləşməsi, qəbilə ittifaqı» deməkdir.
Elvinkişi
kişi adı, sadə, Elvina qadın adı, düzəltmə, alm. «elvin» – hörmətli, etibarlı dost deməkdir.
Elvira // Elfiraqadın
qadın adı, sadə, yunanca «elvira» – qeyri – adi, sehirli, mələk deməkdir.
Elvüqarkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + ərəb mənşəli, vüqar (ləyaqət) sözlərindən düzəlib. «Xalqın ləyaqətini qoruyan» deməkdir.
Elyanəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli el + yana (ötrü, üçün) sözlərindən düzəlib. «El üçün, eldən ötrü» deməkdir
Elyarkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + fars mənşəli yar (dost, sevgili, istəkli) sözlərindən düzəlib. «Xalqın dostu; xalqın istəklisi» deməkdir.
Elyazqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + yaz (bahar) sözlərindən düzəlib. «Xalqın baharı», «ailənin baharı» deməkdir.
Elyazov (a)kişi
familiya, Elyaz şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Elzaqadın
qadın adı, sadə, latın mənşəli «elza» – axirət, cənnət deməkdir.
Elzarkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + ərəb mənşəli, zar (pərdə, örtük) sözlərindən düzəlib. «Xalqı qoruyan» deməkdir.
Elzarov (a)kişi
familiya, Elzar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Elzərqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli el (xalq) + fars mənşəli zər (qızıl) sözlərindən düzəlib. «Xalqın var – dövləti» deməkdir.
Emilkişi
kişi adı, sadə, Emilə // Emilya qadın adı, düzəltmə, ərəb mənşəli, «əməl» sözündən olub iş, fəaliyyət deməkdir. yunanca «emil» – mehriban, şəfqətli; rəqib mənalarını ifadə edir.
Eminkişi
kişi adı, sadə, Eminə qadın adı, düzəltmə, ərəb mənşəli, «əmin» – sakit, rahat, arxayın; etibarlı inanılmış deməkdir.