Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Dadaşkişi
kişi adı, sadə. azərbaycan mənşəli– lılarda kiçik bacı və ya qardaşların böyük qardaşa müraciət formalarından biridir; bəzən ataya da «dadaş» deyə müraciət olunur.«Böyük» deməkdir.
Dadaşbalakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli dadaş «böyük» + bala (övlad) sözlərindən düzəlib. «Böyük övlad, böyük oğul» deməkdir.
Dadaşbəylikişi
familiya, Dadaş şəxsi ad+ bəy (titul) + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Dadaşbəyov (a)kişi
familiya, Dadaş şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Dadaşəlikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli dadaş + ərəb mənşəli, Əlı sözlərindən düzəlib. «Böyük Əli» deməkdir.
Dadaşov (a)kişi
familiya, Dadaş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Dadaşzadəkişi
familiya, Dadaş şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şək– si.
Dadışev Lyonyakişi
ləq. Böyük Vətən müharibəsi qəhrəmanı, «Gənc qvardiya» gizli komsomol təşkilatının üzvü Dadaşov Əli Əsədulla oğluna aiddir.
Dağıstanikişi
nis. Dağıstan top. + i (mənsub. şəkilçi– si.).
Dağıstanlıkişi
təxəllüs azərbaycan mənşəli aktyoru, SSRİ xalq artisti İsmayıl Yusif oğlu Hacıyevə aiddir. Top.– dən düzəlib.
Dağlarkişi
kişi adı, sadə., azərbaycan mənşəli «dağlar» – 1. bir neçə dağ, dağ silsiləsi; ucalıq, yüksəklik; 2. dağlayan, dağ çəkən, düşmənin gözünü çıxaran mənalarını ifadə edir.
Dağlıkişi
təxəllüs azərbaycan mənşəli yazıçısı və dramaturqu Seyfəddin Əliağa oğlu Abbasova aiddir. Etn.– dən düzəlib.
Dalğaqadın
qadın adı, sadə, azərbaycan mənşəli «dalğa» – su səthində əmələ gələn qabarmaya deyilir.
Dalğınkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli«dalmaq» felinin kökündən və –ğın (feli sifət düzəldir) şəkilçi– sindən düzəlmişdir. «Fikrə getmiş, düşüncəli, düşünən» deməkdir.
Damətkişi
kişi adı, sadə, yunanca «denat» – dərz, əkin bağı, biçilmiş və bağlanmış məhsul deməkdir.
Darab // Dərabkişi
kişi adı, mürəkkəb, fars mənşəli «dərab» – su qapısı, suyun başlanğıcı deməkdir.
Darablıkişi
təxəllüs azərbaycan mənşəli aktyoru və rejissoru Rza Nəcəfəli oğlu Hüseynova aiddir.
Darçınqadın
qadın adı, sadə, azərbaycan mənşəli «darçın» – xoş ətirli ədviyyə adıdır. Anroponim kimi «xoşa gələn, ürəyə yatan» mənasını ifadə edir.
Daşdəmirkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli daş (möhkəm, bərk) + dəmir (möhkəm metal) sözlərindən düzəlib. «Möhkəm adam», «möhkəm igid» deməkdir.
Daşdəmirov (a)kişi
familiya, Daşdəmir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Daşdıkişi
kişi adı, sadə, azərbaycan mənşəli «daşlı» – möhkəm deməkdir.
Daşdıyev (a)kişi
familiya, Daşdı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Daşqınkişi
kişi adı, sadə, azərbaycan mənşəli«daş» («daşmaq» felinin kökü) + qın (isim düzəldən şəkilçi). «Sahilindən çıxan su» deməkdir. Antroponim kimi «coşğun, güclü, ehtiraslı» mənalarını ifadə edir.
Davudkişi
kişi adı, sadə. E. ə. XI əsrin sonu – e. ə. X əsrin ortalarında yaşamış, mərkəzləşdirilmiş İsrail – Yəhudi dövlətini yaratmış, əhalini siyahıya almış padşahın adıdır. Yəhudi folklorunda nəhəng pəhləvan, cəsur gənc kimi, dini kitablarda peyğəmbər kimi təqdim olunur. yəhudi mənşəli «davud» – sevimli dost deməkdir.Rəvayətə görə Davudun gözəl səsi varmış.
Davudov (a)kişi
familiya, Davud şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Dayandurkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli dayan + dur sözlərindən düzəlib. «Əbədi yaşa!» deməkdir.
Deputatkişi
müşəxsi ad, sadə, latın mənşəli «deputatus» – qanunverici nümayəndəli orqana əhali tərəfindən seçilən şəxs, nümayəndə deməkdir. Sovet hakimiyyətinin ilk illəri ilə bağlı yaranmış addır.
Dədəgünəşkişi
ləqəb. azərbaycan mənşəli şairi Əfzələddin Xaqaninin əmisi və müəllimi, öz dövrünün (XII əsr) tanınmış alimlərindən olmuş Kafiəddin Ömər Osman oğluna aiddir. Mənası «ziyalı qoca», «müdrik, elmli dədə» deməkdir.
Dəfinəqadın
qadın adı, sadə, ərəb mənşəli, «dəfinə» – yerə basdırılmış qızıl – gümüş, pul deməkdir.
Dəfnəqadın
qadın adı, sadə. qədim yunan əfsanəsinə görə Dafna yer allahının çay allahından olan qızıdır. Öz bakirəliyini qorumaq məqsədi ilə kömək üçün atasına müraciət etmiş, atası da onu müqəddəs ağaca döndərmişdi. Antroponim kimi «bakirə, müqəddəs» mənalarını ifadə edir.
Dəlləkov (a)kişi
familiya, Etnonim mənşəlidir.
Dəmirkişi
kişi adı, sadə, azərbaycan mənşəli «dəmir» – möhkəm, bərk deməkdir.
Dəmirçizadəkişi
familiya, Dəmirçi (etn) + zadə (fars mənşəli «oğlu» sözündəndir) şək– si.
Dəmirov (a)kişi
familiya, Dəmir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Dərbəndikişi
nisbə. azərbaycan mənşəli alimi, filosofu Ağa ibn Abid ibn Ramazan Fazilə aiddir.
Dərgahkişi
kişi adı, sadə, fars mənşəli «dərgah» – haqq qapısı; saray deməkdir.
Dərgahov (a)kişi
familiya, Dərgah şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Dərgahquliyev (a)kişi
familiya, Dərgahqulu (u=i) şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Dərgahqulukişi
kişi adı, mürəkkəb, fars mənşəli dərgah (qapı, saray) + azərbaycan mənşəli qul (nökər) + u (III şəxs mənsubiyyət şəkilçi– si.). «Saray xidmətçisi» deməkdir.
Dərvişkişi
kişi adı, sadə, fars mənşəli «dərviş» – fağır, yoxsul; avara, sərgərdan deməkdir. Antroponim kimi sözün məcazi mənası «azad, sərbəst» əsas götürülmüşdür.
Dərvişov (a) // Dəvrişov (a)kişi
familiya, Dərviş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Dəryakişi
müşəxsi ad, sadə, fars mənşəli «dərya» – dəniz, çay, ümman deməkdir.
Dəryagülqadın
qadın adı, mürəkkəb, fars mənşəli dərya (dəniz) + gül sözlərindən düzəlib. «Su çiçəyi» deməkdir.
Dəryanurqadın
qadın adı, mürəkkəb, fars mənşəli dərya (dəniz) + ərəb mənşəli, nur (işıq) sözlərindən düzəlib. «Dəniz işığı», «su aydınlığı» deməkdir.
Dəryayev (a)kişi
familiya, Dərya şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Dərziyev (a)kişi
familiya, Etnonim mənşəlidir.
Dəstəgülqadın
qadın adı, mürəkkəb, fars mənşəli «bəsteye – qol» – gül dəstəsi, çiçək buketi, gül dəməti deməkdir.
Dəxilkişi
təxəllüs XIX əsr azərbaycan mənşəli şairi Axund Molla Hüseyn Marağayiyə aiddir. ərəb mənşəli, «dəxil» – birinə pənah aparan deməkdir.
Didarkişi
kişi adı, sadə, fars mənşəli «didar» – üz, camal, görünüş deməkdir.
Didəkişi
təxəllüs XIX əsr azərbaycan mənşəli şairi Mirzə Nəsrulla Qurbanbəyova aiddir. fars mənşəli «didə» – göz, bəbək deməkdir.
Dilaçarkişi
kişi adı, sadə, azərbaycan mənşəli «dilaçar» – danışan, danışmağa başlayan deməkdir.
Dilaçarov (a)kişi
familiya, Dilaçar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Dilaraqadın
qadın adı, sadə, fars mənşəli «delara» – ürək bəzəyi, qəlbə zinət verən; gözəl, sevgili deməkdir.
Dilavərkişi
müşəxsi ad, sadə, fars mənşəli «delavər» – ürəkli; igid, cəsur, qəhrəman; dilli, danışmağa mahir. azərbaycan mənşəli «dilavər» – diribaş, hazırcavab mənalarında işlənir.
Dilbazqadın
qadın adı, sadə, fars mənşəli «delbaz» – ürək əyləndirən, ürək açan; ürək oynadan sevgili, gözəl deməkdir.
Dilbazikişi
müşəxsi ad, sadə. Dilbazilər // dilibozilər etn.– dən alınmmışdır. azərbaycan mənşəli – da familiya, kimi də işlənir.
Dilbərqadın
qadın adı, sadə, fars mənşəli «delbər» – ürək aparan, qəlbaparan sevgili; sevimli gözəl deməkdir.
Dildarqadın
qadın adı, sadə, fars mənşəli «deldar» – ürəkli, sevimli, sevgili; gözəl deməkdir.
Diləfruzqadın
qadın adı, mürəkkəb, fars mənşəli «deləfruz» – ürək yandıran, qəlbi alovlandıran; gözəl deməkdir.
Diləkkişi
müşəxsi ad, düzəltmə, azərbaycan mənşəli «diləmək» felindən düzəlib. «İstək, arzu, təmənna» deməkdir.