Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Babakişi
kişi adı, sadə, azərbaycan mənşəli «baba» valideynlərdən hər hansı birinin atasının onların uşaqlarına olan qohumluq münasibətidir. Qədimdə «ata» mənasında da işlənmişdir. Antroponim kimi «böyük, hörmətli» mənalarını ifadə edir.
Babacankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba + can (əziz) sözlərindən düzəlib. «Can baba, əziz baba» deməkdir.
Babacanov (a)kişi
familiya, Babacan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babaəlikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba (böyük) + ərəb mənşəli, Əli sözlərindən düzəlib. «Böyük Əli» deməkdir.
Babaəmikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba (böyük) + əmi (qohumluq münasibəti) sözlərindən düzəlib. «Böyük əmi» deməkdir.
Babakişikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba (hörmətli, böyük) + kişi (adam) sözlərindən düzəlib. «Böyük adam, hörmətli kişi» deməkdir.
Babakişiyev (a)kişi
familiya, Babakişi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babanlıkişi
familiya, Babilik təriqəti ilə bağlı yaranmışdır. «Babilərdən olan, babiliyə mənsub» deməkdir.
Babaşkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli baba+ ş (kiçiltmə və əzizləmə mənası bildirən şəkilçi). «Kiçik baba; babanın adını dışıyan nəvə» mənalarına uyğundur. Çox vaxt babanın adını daşıyan nəvənin ailədə ikinci adı kimi də işlənir.
Babaşov (a)kişi
familiya, Babaş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babaxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba (böyük) + xan (titul) sözlərindən düzəlib. «Böyük xan» deməkdir.
Babaxanov (a)kişi
familiya, Babaxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babayarkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba + fars mənşəli yar (dost, yoldaş, yaxın adam) sözlərindən düzəlib. «Babanın dostu» deməkdir.
Babayarov (a)kişi
familiya, Babayar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babayev (a)kişi
familiya, Baba şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babazadəkişi
familiya, Baba şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şək – si.
Babəkkişi
təxəllüs IX əsrdə Cavidandan sonra Xürrəmilər hərəkatına başçılıq edərək iyirmi ildən artıq ərəb işğalçılarına qarşı mübarizə aparmış Azərbaycanın xalq qəhrəmanı Həsənin təxəllüsudur. Papak – Babik – Babək kimi dəyişildiyi güman olunur.
Babək // Babikkişi
kişi adı, sadə, fars mənşəli «babək» – tərbiyəçi, hami; babacan, əziz baba deməkdir. «Başçı» anlamında «böyük»və «bəy» sözlərindən düzəldiyi də iddia olunur. Şəxs adı kimi təxəllüsdən törəyib. Azərbaycanda adın hər iki variantı işlənir.
Badamqadın
qadın adı, sadə, azərbaycan mənşəli «badam» isti ölkələrdə bitən sərt qabıqlı, ləpəsi yeyilən meyvənin adıdır. Şərq poeziyasında gözəllik etalonu kimi geniş istifadə olunur.
Badambəyimqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli badam + bəyim sözlərindən düzəlib. «Şirin qız, gözəl xanım» deməkdir.
Badamgülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli badam + fars mənşəli gül sözlərindən düzəlib. «Badam çiçəyi; çəhrayı yanaqlı qız» deməkdir.
Badamxanımqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli badam + xanım sözlərindən düzəlib. «Gözəl xanım, gözəl qız» deməkdir.
Badisəbaqadın
qadın adı, mürəkkəb, fars mənşəli bad (külək) + ərəb mənşəli, səbah (səhər) sözlərindən düzəlib. «Səhər küləyi, səhər mehi» deməkdir.
Bafakişi
kişi adı, sadə, azərbaycan mənşəli «bafa» – kiçik dərz, dəstə, dəmət deməkdir.
Bafadarkişi
kişi adı, düzəltmə Əsli: Vəfadar. ərəb mənşəli, vəfa (sədaqət) + fars mənşəli dar (azərbaycan mənşəli –lı şəkilçisinin qarşılığı). «Sədaqətli» deməkdir.
Bafəddin // Bafiyəddinkişi
kişi adı, mürəkkəb Əsli: Vəfaəddin. ərəb mənşəli, «vəfaəddin» – dinə sadiq olan deməkdir.
Baftaqadın
qadın adı, sadə, azərbaycan mənşəli «bafta» – ipək parça növüdür.Antroponim kimi «qiymətli, gözəl» deməkdir.
Bağdadkişi
müşəxsi ad, sadə. Toponim mənşəli olub, eyni adlı şəhərin adından götürülüb. Antroponim kimi «gözəl» mənasını ifadə edir.
Bağdagülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bağ + da (yerlik hal şək – si.) + fars mənşəli gül (çiçək) sözlərindən düzəlib. «Bağda bitən gül, çiçək» deməkdir.
Bağı // Baqikişi
kişi adı, sadə, ərəb mənşəli, «baqi» – əbədi, daimi, ölməz deməkdir.
Bağırkişi
kişi adı, sadə, ərəb mənşəli, «bağir» – hərtərəfli inkişaf etmiş, geniş bilik sahibi, bilikli deməkdir. qədim türk mənşəli «bağır» – köks, sinə, ürək mənalarında işlənmişdir. Hər iki halda antroponim uğurludur.
Bağırov (a)kişi
familiya, Bağır şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bağırzadəkişi
familiya, Bağır şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şək– si.
Bağıyev (a)kişi
familiya, Bağı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bahadır // Bahadurkişi
kişi adı, sadə, fars mənşəli «bəhader», türk mənşəli «bahadır», «batır» – İgid, qəhrəman, cəsur döyüşçü deməkdir. Monqollarda hərbi xidmətlərinə və igidliklərinə görə ayrı – ayrı şəxslərə bu adı verərmişlərəb mənşəli,
Baharkişi
müşəxsi ad, sadə, fars mənşəli «bəhar» – yaz fəsli deməkdir.
Bahargülqadın
qadın adı, mürəkkəb, fars mənşəli bahar + gül sözlərindən düzəlib. «Baharda açılan gül, yaz çiçəyi» deməkdir.
Baharlıkişi
familiya, Etnonim mənşəli olub, eyni adlı tayfanın adındandır.
Bahəddin // Bəhaəddin // Bəhyəddinkişi
kişi adı, mürəkkəb, fars mənşəli bəha (parlaqlıq, gözəllik) + ərəb mənşəli, əddin (dinin) sözlərindən düzəlib. «Dinin gözəlliyi, dinin parıltısı, işığı» deməkdir.
Bahirkişi
kişi adı, sadə, Bahirə qadın adı, düzəltmə, ərəb mənşəli, «bahir» – gözəl, qəşəng, əla deməkdir.
Bakirkişi
kişi adı, sadə, Bakirə qadın adı, düzəltmə, ərəb mənşəli, «bakir» – saf, təmiz, əl dəyilməmiş, toxunulmaz deməkdir.
Bakıkişi
kişi adı, sadə. Toponim mənşəlidir. Bakı şəhərinin adından götürülüb.
Bakıxankişi
kişi adı mürəkkəb, azərbaycan mənşəli Bakı + xan sözlərindən düzəlib. «Bakı xanı; Bakı xanları nəslindən olan» deməkdir.
Bakıxanov (a)kişi
familiya, Bakıxan (Azərbaycanda xanlıqlar dövrü ilə bağlı yaranıb. Bakı xanları nəsli deməkdir.) kişi adı + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bakuvikişi
nisbə. XIV – XV əsrlərdə yaşamış azərbaycan mənşəli coğrafiyaşünası və tarixçisi Əbdürrəşid ibn Salih ibn Nuriyə aiddir.
Balakişi
kişi adı, sadə, azərbaycan mənşəli «bala» – övlad, uşaq; kiçik, balaca deməkdir. Bu antroponim ayrılıqda işlənməklə yanaşı mürəkkəb adların birinci (Balaxanım, Balabəy) və ikinci (Ağabala, Bəybala, Gülbala və s.) komponenti kimi də işlənir.
Balaağa // Balağakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ağa sözlərindən düzəlib. «Kiçik ağa, ağanın oğlu, balası» deməkdir.
Balababakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + baba sözlərindən düzəlib. «Kiçik baba, babanın əvəzi» deməkdir.
Balabacıqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + bacı sözlərindən düzəlib. «Kiçik bacı, kiçik qız» deməkdir.
Balabəykişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + bəy (titul) sözlərindən düzəlib. «Kiçik bəy, bəyzadə» deməkdir.
Balabəyimqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + bəyim sözlərindən düzəlib. «Kiçik xanım, sonbeşik qız» deməkdir.
Balabəylikişi
familiya, Balabəy şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Balabəyov (a)kişi
familiya, Balabəy şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Balabibiqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + bibi (atanın bacısı; xanım) sözlərindən düzəlib. «Kiçik xanım» deməkdir.
Balacaqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli bala (kiçik) + ca (kiçiltmə və əzizləmə mənası ifadə edən şəkilçi) . «Kiçik qız» mənasına uyğundur.
Balacankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (övlad, uşaq) + fars mənşəli can (əziz) sözlərindən düzəlib. «Əziz övlad, sevimli uşaq» deməkdir.
Balacanov (a) // Balcanov (a)kişi
familiya, Etnonim mənşəlidir.
Balacaxanımqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli balaca (kiçik) + xanım sözlərindən düzəlib. «Kiçik xanım, sevimli xanım» deməkdir.
Baladadaşkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + dadaş (ataya, böyük qardaşa müraciət forması) sözlərindən düzəlib. «Kiçik qardaş» deməkdir.
Baladayıkişi
kişi adı mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + dayı (ananın qardaşı) sözlərindən düzəlib. «Kiçik dayı, əziz dayı» deməkdir.