25.01.2021 21:13
2
abunə
1087
"Siyavuşla Ofeliyanı Çingiz öldürdü" - Kubra Əliyeva sirrləri açdı

Əməkdar artist Kubra Əliyeva "Elgizlə izlə" proqramında qonaq olub.

Aktrisa mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingizdən bəhs edib. K.Əliyeva S.Aslanın həyatını oğlunun məhv etdiyini söyləyib:

"O gün Çingizin olduğu efiri izlədim. Siyavuş qızıl sevirdi, dünyanın harasına gedirdisə, alıb gətirirdi. Evində seyfi var idi, pulunu da, qızılını da orada saxlayırdı. Bir dəfə "Hökmdar qızı" tamaşasına hazırlaşırıq. Birdən Siyavuş otağıma qaçdı ki, "Jiqulinin" açarını ver, Çingiz açarı götürdü getdi. Demək, girib Siyavuşun otağına maşının açarını götürüb qaçıb. Siyavuş qrimdə qaçdı, dörd mərtəbəni qalxdı, amma tamaşaya qayıdıb çatdı. "Nə oldu?" soruşmadım. Bilirdim ki, getdi seyfi sökdü. Elə gedib seyfi söküb, nə varsa götürüb. Çingiz yoxa çıxdı. O ata neçə gün dərd etdi ki, Çingiz haradadır. Bir neçə gün sonra zibil qabının yanında meyidini tapdılar. Aparıb müalicə etdirdilər.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine