27.01.2021 18:20
2
abunə
362
"Pandemiya bitən kimi oğluma toy edəcəm"

"Dünən oğlum Rəşadın ad günü idi. Biləndəki 28 yaşı tamam olur, təəccübləndim".

Bu sözləri Əməkdar artist Könül Kərimova "Xəbər-ətər" proqramında deyib. Müğənni oğlu Rəşadı evləndirmək istədiyini bildirib:

"Deyirəm, sən necə böyümüsən? Gözüm doldu ki, təcili evlənməlisən. Pandemiya bitən kimi ilk işim oğlumu evləndirmək olacaq. Yaşını görüb şok oldum. Əməlli yaşı var. Qızımı güclə yola saldım. Elə zəmanəyə gəlmişik ki, nə qızı ərə vermək olur, nə oğlu evləndirmək. Bizim vaxtımızda belə deyildi".

Daxil olun


x
This website is using cookies. More info. That's Fine