28.01.2021 19:18
2
abunə
400
Mələkxanımdan həyat yoldaşının təqaüdə göndərilməsinə REAKSİYA
Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşı, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Mələkxanım Əyyubova Teleqraf.com-a açıqlamasında həyat yoldaşının təqaüdə göndərilməsinə münasibət bildirib:

"Polis sistemində yaş həddi 55-ə qədərdir. Həyat yoldaşım yüksək vəzifədə çalışdığına görə ona beş il də artıq etimad göstərdilər. İndi qanuna əsasən təqaüdə çıxdı".

Xalq artisti həyat yoldaşının başqa vəzifəyə getməsi haqqında suala cavabda deyib: "Yenidən vəzifəyə getməsi Allahın qismətidir. Onu bilmək olmaz".

Qeyd edək ki, ilk məlumatı Unikal.org saytı yayıb.

Məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının xidmət üzrə komandir müavini, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunub.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine