06.05.2020 17:48
3
abunə
577
Azərbaycanın bu bölgəsində koronavirus sürətlə yayılır - RƏSMİ

Son günlər Gəncədə koronavirusa yoluxanların sayı artmaqdadır.

Bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O həmçinin tibb işçiləri arasında yoluxmalardan da danışıb: "Bizdə yoluxmalar daha çox ailə üzvləri arasında olur. Bir vətəndaş yoluxduğu zaman onu ailə üzvlərinə də yoluxdurur. Gəncədə belə hal müşahidə edilmişdir. Bir neçə ocaq müəyyənləşdirilib. Bir vətəndaş 5-6 nəfəri birdən yoluxdurub. Tibb işçiləri də eyni şəkildə yoluxublar. Ora bizim əməkdaşlar ezam olunub".

Qeyd edək ki, Gəncədə aktiv yoluxma hallarının sayı 50-dən yuxarıdır. Aprel ayının 26 günündə Gəncədə 101 yoluxma halı müəyyən edilib. 

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine