24 July 2014

Это название сайта важное для поисковиков

SİYASƏT

DOSYE: Ağdam rayon İcra hakimiyyətinin başçısı kimdir?

Şərh: 0
Oxunma: 3734
DOSYE: Ağdam rayon İcra hakimiyyətinin başçısı kimdir?

Raqub Məmmədov komsomolda və MTN-də işləyib.

Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonu Xıdırlı kəndində anadan olub.

Bugun.az-ın məlumatına görə, Xıdırlı kənd orta məktəbində oxuyub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonar 1983-1986-cı illərdə Ağdam Rayon “İnqilab” üzümçülük sovxozunda mühəndis kimi fəaliyyət göstərib.

1986-1987-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Ağdam Rayon Komitəsində İkinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində Birinci katib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində çalışıb. 1993-2014-çü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanında xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Bitərəfdir.

3 övladı , 2 nəvəsi var

Bugun.az

Bu xəbərə yazılan şərhlər (0)

Xəbər 24