02 September 2014

Это название сайта важное для поисковиков

XƏBƏR

Mehriban Ələkbərzadə Alim Qasımova təhqiramiz cavab verdi

Şərh: 4
Oxunma: 1340
Mehriban Ələkbərzadə Alim Qasımova təhqiramiz cavab verdi

Rejissor: “Əxlaqi dəyərlərdən danışan insanların özlərinin əxlaqı yoxdur”

Bugun.az “Axar.az”a  istinadən xəbər verir ki,  rejissor “Qatil” tamaşasında intim səhnələrin olmadığını deyib:

“Filmlərdə minlərlə səhnə olur. Onlaradamı bu adı verirlər? Hər şeyin öz adı var. İki cinsin nümayəndəsinin bir-biri ilə yaxınlığına o adı vermək olmaz. Tamaşada, ancaq sevgi var, Alim Qasımov və Şeyx Əbdülün dedikləri yox”.  

M.Ələkbərzadə hesab edir ki, tamaşanın birinci hissəsinə baxıb, ikinci hissəsinə baxmayan insanların ona qiymət verməyə, fikir söyləməyə haqqı yoxdur:   “Bu tamaşa ilə bağlı əxlaqi dəyərlərdən danışan insanların özlərinin əxlaqı yoxdur. Bir-birini sevən iki insan arasında qeyri-əxlaqi heç nə ola bilməz”.   Tamaşanın rejissoru deyir ki, o, səhnəyə yetərincə tərbiyəvi və maarifçi tamaşa qoyub:   “Tamaşanı sona qədər izləməyə kiminsə səbri, gücü, ağlı, savadı çatmırsa, onun heç tamaşa haqqında fikirləri də maraqlı deyil mənə. O insanın tamaşa haqqında söz deməyə mənəvi haqqı çatmır”.   Xatırladaq ki, Akademik Milli Dram Teatrında səhnəyə qoyulan “Qatil” tamaşasındakı yataq səhnələri tamaşanı izləməyə dəvət alan Alim Qasımovu əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib.

Qeyd edək ki, əsərin ssenari müəllifi yazıçı-dramaturq Elçin, rejissoru isə Mehriban Ələkbərzadədir. 

Xəbər 24