Bizi izləyin:

Это название сайта важное для поисковиков

GÜNDƏM

Məhkəmə  Kəmaləddin Heydərovu  50 min avro  cərimələyib

Məhkəmə  Kəmaləddin Heydərovu  50 min avro  cərimələyib
Dərc:
Oxunma: 267
Şərh: 0

Cərimənin səbəbi kimi “Sosial mülkün sui-istifadəsi” faktları göstərilib

Fransanın Lion şəhər məhkəməsi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovu 50 min avro cərimələyib. Bu barədə Fransanın “rue89lyon.fr” saytı geniş həcmli məqalə hazırlayıb. Məqalə ilə bu linkdə tanış ola bilərsiniz  - http://www.rue89lyon.fr/2013/12/04/train-vie-dement-pouvoir-azerbaidjan/ 

 “Azərbaycan oliqarxı Lion məhkəməsi qarşısında” başlıqlı məqalədə deyilir ki, Lion məhkəməsinin bu qərarını noyabrın 27-də Apelyasiya məhkəməsi də qüvvədə saxlayıb. Məqalədən aydın olur ki, Kəmaləddin Heydərovla yanaşı, nazirlə bağlılığı olan fransalı iş adamı Pyer Arnal da cərimələnib. Cərimənin səbəbi kimi “Sosial mülkün sui-istifadəsi” faktları göstərilib. Məqalədə məşhur Vikelaks saytından da sitatlar gətirilib.

Bugun.az

Bu xəbərə yazılan şərhlər (0)

Müsahibə

1 2 3 4 5