14.08.2023 21:51
1
abunə
333
Öz mahnısını dinləyən Sərdar Ortac hönkür-hönkür ağladı

İqtisadi cəhətdən çətin günlər keçirən və son bir neçə gündə aliment ödədiyi keçmiş həyat yoldaşı Chloe Loughnan-ı hədəfə alan Serdar Ortaç avtomobil idarə edərkən öz mahnısına qulaq asaraq ağlayıb.

Mahnıları və konsertləri ilə adından söz etdirən Serdar Ortaç tez-tez sosial media hesabında canlı yayımlar açır, izləyiciləri ilə söhbət edir.

HABERLER.COM-un xəbərinə əsasən ötən günlərdə keçmiş həyat yoldaşını hədəf alan ifadələr işlədən Sərdar Ortac ən son ağladığı anları paylaşıb. Video sosial şəbəkədə sürətlə yayılsa da, müğənninin pərəstişkarları həmin anlardan narahat olub.

SEVƏNLƏRİNİ ÜZDÜ

Son zamanlar tez-tez açdığı canlı yayımlarla adından söz etdirən Ortac avtomobilində Feryad adlı öz mahnısını dinləyərkən göz yaşlarına boğulub. Müğənninin bu halını görən pərəstişkarları “Psixologiyası tükənib, bir yol göstərən yoxdu?” şərhini yazıblar.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine