01.01.1970 04:00
6
abunə
735
New York-da niyə koronavirusa yoluxanlar çoxdur?!

Bildiyimiz kimi, təkcə New York-da Aprelin 11-nə olan statistikaya əsasən 181,444 koronaviruslu xəstə aşkarlanıb.

Müqayisə üçün bildirək ki, bu göstərici üzrə New-York bütün ölkələrdən öndədir. Yəni, 8 milyonluq əhalisi olan New Yorkda 100 milyon əhalisi olan ölkələrdən çoxdur.


Bəs səbəb nədir?!

İlk öncə, New York-da əhali sıxlığı çoxdur. Koronavirus, əhalinin sıx yaşadığı şəhərlərdə daha çox və tez yayılır.

2-ci səbəb isə, testlərin çox olunmasıdır. Nə qədər çox test edilsə, o qədər çox yoluxmuş insan qeydiyyata alınacaq.

Digər səbəb, New York-da qara və ispan mənşəli insanlar əhalinin 51%-ni təşkil edir.

Son araşdırmalara görə, qara insanlarda təzyiq və diabet xəstəlikləri daha çox rast gəlinir. Bu da koronavirus ağırlaşmalarına səbəb olur.

Hazırda New York-da pik hədd yaşandığı və növbəti günlərdə yoluxanların sayı azalacağı bildirilir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine