01.01.1970 04:00
6
abunə
656
Kaliforniya Səhiyyə Departmenti Trumpa görə əhaliyə xəbərdarlıq etdi

Cümə axşamı ABŞ prezidenti Donald Trump koronavirus brifinqi zamanı qəribə fikirlər səsləndirib.

O deyib ki, "Dezinfeksiyaedici məhsullar virusu 1 dəqiqə ərzində öldürür. Görəsən, belə bir yol varmı, dezinfeksiyaedici maddəni insan bədəninə inyeksiya edəsən və ya ağciyərləri təmizləyəsən."

Bu çıxış çox tənqidlərə səbəb olub və bugün Kaliforniya Səhiyyə Departmenti əhaliyə facebook üzərindən xəbərdarlıq etmək məcburiyyətində qalıb ki, bu yanlış məlumatdır və dezinfeksiyaedici məhsullardan bədəniniz üçün istifadə etməyin.

Donald Trump sonradan dediklərini təkzib edib sarkazm etdiyini bildirsə də, ekspertlər bunun sarkazm olmadığını bildiriblər.


Daxil olun


x
This website is using cookies. More info. That's Fine