01.01.1970 04:00
5
abunə
530
ŞOK HESABAT: Bu ölkələrin virusun yayılacağından xəbəri olub

Ötən il Böyük Britaniyanın Nazirlər kabinetinə böyük iqtisadi fəsadlara və tələfata yol açacaq dayanıqlı virusun yayılacağı barədə xəbərdarlıq edilib.

Bu barədə “Guardian” qəzeti məlumat yayıb. Xəbərdarlıqda qeyd olunub ki, virus geniş yayılmasa belə minlərlə insan ölə bilər. Hesabatda yüksək tələfatın qarşısının alınması üçün hökumətin ata biləcəyi addımlara dair tövsiyyələr yer alıb. Həmçinin, hesabatda tövsiyyələrin nəzərə alınmayacağı təqdirdə mümkün fəlakət ssenarilari açıqlanıb.

Hökumətin bu xəbərdarlıqdan sonra hansı qabaqlayıcı tədbirlər gördüyü məlum deyil. Müxalifət mətbuata sızan “koronavirus hesabatı” barədə hökumətdən açıqlama tələb edib.

Qeyd edək ki, pandemiya yayılmazdan əvvəl ABŞ, Fransa və digər ölkələrin hökumətlərinə də oxşar hesabatların təqdim edildiyi barədə xəbərlər yayılmışdı

Daxil olun


x
This website is using cookies. More info. That's Fine